AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kamran Əliyev itkin hərbçilərin valideynlərinin yanına getdi

  • + A
  • - A
  • 8-04-2021, 12:33


    Bu gün Vətən müharibəsində itkin düşmüş bir neçə hərbçinin valideyni Prezident Aparatının qarşısına toplaşıb.

    AzadMedia.az xəbər verir ki, valideynlər övladlarından 7 aydır xəbər ala bilmədiklərini qeyd ediblər.

    Hazırda baş prokuror Kamran Əliyev də valideynlərin toplaşdığı yerə gəlib. O, valideynləri dinləmək üçün qəbula aparacağını vurğulayıb.

    K. Əliyev bildirib ki, bütün dövlət qurumları Prezidentin tapşırığı ilə bu işlə məşğuldur: "Biz işləyirik, nəticələri də görünür. Mən sizə hansı işlər görüldüyünü deyəcəyəm. Onlar hamısı bizim balalarımızdır. Xahiş edirəm ki, gəlin, qəbula gedək".



    Qeyd edək ki, K.Əliyev bundan öncə də bir dəfə Vətən müharibəsində itkin düşən şəxslərin ailə üzvləri ilə görüşüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR