AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Putinlə telefonla danışdı

  • + A
  • - A
  • 8-04-2021, 19:55


    Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı olub.

    AzadMedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə kremlin mətbuat xidməti məlumat yayıb.

    Bildirilir ki, prezidentlər Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.

    "Dağlıq Qarabağ ətrafında vəziyyət, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və bu il 11 yanvar tarixli bəyanatlarına uyğun olaraq onun daha da sabitləşməsi müzakirə edildi.

    Xüsusilə sülhün təmin olunması, təhlükəsizlik və bölgənin mütərəqqi sosial-iqtisadi inkişafı, habelə nəqliyyat-kommunikasiya sistemlərinin bərpası üzrə işlərin gedişatından danışıldı. Müxtəlif formatlarda əlaqələrin gücləndirilməsi barədə razılığa gəlindi”, - deyə Kremlin məlumatında deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR