AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ƏƏSMN-in elektron portalında qeydiyyatdan keçmiş aktiv istifadəçilərin sayı 879 minə çatıb

  • + A
  • - A
  • 13-04-2021, 11:41


    AzadMedia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı bu il də artmaqda davam edərək 879 minə çatıb.

    Nazirlikdən Trend-ə verilən məlumata görə, 2019-cu ildən istifadəyə verilən portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır. Eyni zamanda, hər kəs e-sosial.az portalında özü barədə portalda toplanmış məlumatları mütəmadi izləyə, yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə nəzarət edə bilir.

    Eləcə də portal hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir.

    Qeyd olunanlar portala böyük maraq yaradır. Təkcə bu ilin ilk rübündə e-sosial.az portalına 3,5 milyon dəfə müraciət qeydə alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR