AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu günə kimi 170-dən çox jurnalist vaksinasiya prosesindən keçib

  • + A
  • - A
  • 13-04-2021, 16:31


    AzadMedia.az xəbər verir ki, bu günə kimi artıq 170-dən çox jurnalist vaksinasiya prosesindən keçib.

    Bunu Azərbaycan Mətbuat Şurasından bildiriblər. Qeyd olunub ki, gün ərzində 50-dən çox şəxs peyvəndləmə prosesindən keçir:

    "Ötən həftədən başlanılan vaksinasiya prosesinin ilk günü 56 nəfər peyvənd olundu. Bu günə kimi isə 170 şəxs peyvənd olunub. Vaksinasiya üçün müraciət edən jurnalistlərin sayı artmaqdadır, proses davam edir".

    Xatırladaq ki, Azərbaycanda cari ilin yanvar ayının 18-dən peyvəndləməyə start verilib. Hazırda 40 yaşdan yuxarı olan şəxslərin vaksinasiyası davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR