AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramazanda karantin sərtləşdiriləcək? - RƏSMİ AÇIQLAMA

  • + A
  • - A
  • 15-04-2021, 16:13


    Karantinin sərtləşdirilməsi ilə bağlı əvvəldən proqnoz vermək düzgün deyil. Çünki bugünkü yoluxma sayı sabah arta və ya azala bilər.

    Bunu ARB24-ün "İş vaxtı” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin nəzdində COVİD-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə deyib.

    O, hansısa qadağalar qoyulmaması üçün vətəndaşları karantin qaydalarına əməl etməyə səsləyib.

    "Bütün dünyada virusa yoluxma halları müşahidə edilir. Azərbaycanda da son 1 ayda rəqəmlərin sayında artım baş verir. Həm fəsil dəyişkənliyi, həm də insanların havaya aldanması halları səbəbindən yoluxma sayında artım baş verə bilir. Çünki virus zəifləmiş immun sistemini sevir. Hər hansı soyuqdəymə isə koronaya yoluxmağımıza asanlıqla şərait yaradır”.

    G.Quluzadə onu da qeyd edib ki, zəncirvari ailədaxili yoluxmaların sayı artmaqda davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR