AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir

  • + A
  • - A
  • 15-04-2021, 20:38

    Aprelin 15-16-da ADA Universitetində onun Karyera Mərkəzi tərəfindən Virtual Karyera Sərgisi keçirilir. Sözügedən Sərgi aprelin 1-dən etibarən fəaliyyətə başlayan Karyera Hazırlığı Həftəsinin sonuncu, yekun tədbiridir.

    “İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən tədbirdə audit və konsaltinq, informasiya və telekommunikasiya, maliyyə və bankçılıq, təhsil və turizm sahələrində, istehlak və xidmət sektorunda, eləcə də qida sənayesində fəaliyyət göstərən 70 yerli və xarici müəssisə, şirkət, beynəlxalq təşkilat, dövlət qurumu və nazirliklər qurumdaxili vakansiya, təcrübə və digər karyera imkanlarını təqdim edirlər. Həmin şirkətlərin 20-dən çoxu təqdimat edərək qurumun fəaliyyəti ilə bağlı ümumi məlumat verəcək, tələbə və məzunları kadrlar siyasəti, mövcud iş imkanları barədə ətraflı məlumatlandıracaqlar.

    “PAŞA Bank”ın baş sponsorluğu ilə keçirilən virtual tədbir, “Whova” onlayn platforması üzərindən baş tutur. Qeyd edək ki, ölkəmizdə ilk dəfədir ki, bu platforma üzərindən Karyera Sərgisi keçirilir. Platforma Sərgidə iştirak edən 700-dən çox tələbə və məzuna eyni anda şirkət əməkdaşları ilə asanlıqla virtual ünsiyyət qurmaq, təqdim edilən vakansiyalara birbaşa müraciət etmək fürsəti verir.

    ADA istedadlarını iri şirkətlərin əməkdaşları ilə bir araya gətirən, onların iş mühitinə sürətli keçidini təmin edən virtual Karyera Sərgisi üçün bütün hazırlıqlar tamamlanıb və tədbirə asanlıqla qoşulmanı təmin etmək üçün lazımi texniki məlumatlar iştirakçılara əvvəlcədən göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR