Azərbaycan Tibb Universitetinin müəllimi koronavirusdan vəfat edib.
AzadMedia.Az-ın məlumatına görə, Universitetin travmatologiya və ortopediya kafedrasının müəllimi, həkim Mehdi Cəfərov bir müddət əvvəl koronavirusa yoluxub.
Həkimlərin səylərinə baxmayaraq, o, bu gün səhər müalicə olunduğu 1 saylı Kliniki Tibbi Mərkəzdə COVID-19 xəstəliyindən vəfat edib.
Faktı Azərbaycan Tibb Universitetindən Oxu.Az-a təsdiqləyiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.