Nizami rayonu, Nəsimi küçəsi 28 ünvanında ağacların kəsilərək, tikinti işlərinin aparılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Azadmedia.az xəbərinə görə, xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı və iki ağacın kəsildiyi məlum olub.
“Araşdırma zamanı ərazinin qeyri-yaşayış obyektinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaş Cavanşir İsmayılova verildiyi müəyyən edilib.
Faktla bağlı C.İsmayılov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hazırda müvafiq işlər aparılır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.