AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SƏRƏNCAM

  • + A
  • - A
  • 19-04-2021, 15:45



    Azərbaycan Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edib.

    Sərəncama əsasən, Heydər Əliyev Mükafatı Komissiyasının tərkibi aşağıdakı kimi təsdiq edilib:

    Komissiyanın sədri

    Azərbaycan Respublikasının Prezidenti

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikasının Baş naziri

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

    Azərbaycan Respublikası Baş nazirinin müavini

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

    Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

    Azərbaycan Respublikasının mədəniyyət naziri

    Azərbaycan Respublikasının təhsil naziri

    Azərbaycan Respublikasının səhiyyə naziri

    Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

    Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

    Azərbaycan Yazıçılar Birliyinin sədri

    Azərbaycan Rəssamlar İttifaqının sədri

    Azərbaycan Bəstəkarlar İttifaqının sədri

    Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

    Azərbaycan Teatr Xadimləri İttifaqının sədri

    Azərbaycan Memarlar İttifaqının sədri

    İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

    Xoşbəxt Yusifzadə –Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

    Tahir Salahov – Xalq rəssamı

    Ömər Eldarov – Xalq rəssamı.

    Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR