AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlər Kabineti ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edib

  • + A
  • - A
  • 28-04-2021, 19:36


    AzadMedia.az xəbər verir ki, Nazirlər Kabineti ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edib.

    Belə ki, bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

    Sənədə əsasən, Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında 4102 21 000 0 və 4105 10 000 0 kodları ilə göstərilmiş emal olunmamış gönlər (təbii xəzdən başqa) və aşılanmış dəri məhsullarının hər tonu üçün ixrac gömrük rüsumunun müvafiq olaraq 500 ABŞ dollarından 150 ABŞ dollarına və 150 ABŞ dollarından 50 ABŞ dollarına endirilməsini nəzərdə tutur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR