AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan neftinin bir barelinin qiyməti 67 dolları ötüb

  • + A
  • - A
  • 29-04-2021, 11:14

    Azərbaycan neftinin bir barelinin qiyməti 67 dolları ötüb

    AzadMedia.az xəbər verir ki, CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 28-də 67,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel çoxdur.

    Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,72 dollar/barel çoxdur.

    Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel çoxdur.

    Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,5 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,82 dollar/barel çoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR