AzadMedia.az xəbər verir ki, yaxın zamanlarda bütün "MilliÖn" kartomatlarında yeni əskinaslarla "BakıKart" nəqliyyat kartlarının doldurulması xidməti işə salınacaq.
Bu barədə "MilliÖn"ün abunə şöbəsinin rəhbəri deyib.
Onun sözlərinə görə, "MilliÖn" "BakıKart"la birgə terminalların proqram təminatının yenilənməsi üzrə iş aparır:
"Yenilənmədən, bir sıra xidmətlərin təkmilləşdirilməsindən sonra bütün mövcud terminallarda gediş kartlarının yeni əskinaslarla doldurulması mümkün olacaq".
O qeyd edib ki, yeni əskinaslarla bağlı problem təkcə "BakıKart"a deyil, digər xidmətlərə də aiddir:
"Hazırda ödənişlərin qəbulu Bakı, Sabirabad, İmişli, Saatlı, Şirvan, Gəncə, Yevlax, Mingəçevir, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy və Daşkəsəndə yerləşən 150 kartomatda mümkündür. Digər rayonlarda proqram təminatının yenilənməsi üzrə işlər davam edir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.