AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada dəhşətli qəzada 6 uşaq öldü

  • + A
  • - A
  • 30-04-2021, 21:28

    Azadmedia.az xəbər verir ki, Rusiyanın Stavropol diyarında avtobus, yük maşını və minik avtomobilinin toqquşması nəticəsində 6 uşaq ölüb.

    Belə ki, bu barədə Rusiya Dövlət Yol hərəkəti Təhlükəsizliyi Müfəttişliyi məlumat yayıb.

    “Bu gün Həştərxan-Stavropol yolunda yük maşını, avtobus və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində avtobusda olan 6 uşaq ölüb, 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralılardan 8-i uşaqdır”, - məlumatda bildirilib.

    Qeyd edək ki, Uşaqlar Volqoqraddan Çerkassk şəhərinə basketbol yarışına gedirmiş. Avtobusda 14-ü uşaq, 4-ü böyük olmaqla, 18 sərnişin olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR