AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TAP ildə 1 milyard kubmetr hidrogen nəql edə biləcək

  • + A
  • - A
  • 25-03-2021, 11:36


    AzadMedia.az xəbər verir ki, gələcəkdə Trans-Adriatik boru kəməri (TAP) kimi xətlər vasitəsilə təbii qazla qarışdırılmış 10 faiz hidrogen nəql etmək mümkün olacaq.

    Bu barədəTAP konsorsiumunun icraçı direktoru Luka Skyeppati deyib.

    Onun sözlərinə görə, bu, TAP-ın ildə 1 milyard kubmetr hidrogen tədarük edə biləcəyini ifadə edir. Bununla bağlı texniki-iqtisadi əsaslandırma işləri tezliklə başlayacaq.

    L.Skyeppati əlavə edib ki, TAP vasitəsilə nəql olunan qaz Aİ-nin yeni təhlükəsiz, etibarlı və rəqabətqabiliyyətli enerji mənbəsi ilə təmin olunmasına vacib rol oynayır.

    Qeyd edək ki, TAP vasitəsilə 2020-ci ilin dekabrında nəqlin başlamasından sonra bu günədək 1 milyard kubmetr qaz tədarük olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR