Bu gündən Azərbaycanda “COVID-19” əleyhinə vaksinasiyanln növbəti mərhələsinə start verilir.
18 yaşdan yuxarı şəxslərin “COVID-19” əleyhinə vaksinasiyasına başlanılır.
Peyvənd olunmaq istəyən şəxslər könüllülük prinsipi əsasında “randevu.its.gov-az” saytında qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, Randevu sistemi “Sinovac” vaksini üçün yaşı 40 və daha yuxarı, “Vaxzevria” vaksini üçün yaşı 60 və daha yuxarı olan, həmçinin son 6 ay ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Bu günə qədər əhalinin 10 faizi peyvənd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.