AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“TV rəhbərləri özlərini doğrultmur, “Lider”lə “Space”in nə fərqi var?”

  • + A
  • - A
  • 12-05-2021, 18:35


    "Kanalı dəyişməkdən qorxuruq. Qorxuruq ki, hansısa başqa bir bayağı və şit verilişə urcah olacağıq".

    Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev televiziyaların fəaliyyətini sərt tənqid edərkən bildirib.

    Bu barədə feysbukda paylaşım edən deputat qeyd edib ki, məsələnin həlli üçün televiziyalarda islahatlar aparılmalıdır:

    "Ölkədə telekanallar səviyyəsizliyə görə bir-birilərinə bənzəyirlər. Dünyada isə səviyyə uğrunda rəqabət gedir. Televiziya rəhbərləri özlərini doğrultmurlar. Bəlkə kanalları birləşdirməklə nəyəsə nail olmaq mümkündür? Məsələn, “Lider”lə Space”in nə fərqi var? Birləşsələr, nə baş verər? AzTV-dəki neoavtoritar idarəçilik heç Sovet vaxtında olmayıb. Televiziyaların ictimai rəyə təsiri sıfra bərabərdir. Süni davranışlar, savadsızlığın nümayişi, yekəxanalıq artıq normaya çevrilib.

    Millət vəkilinin sözlərinə görə, televiziyalarda maarifçilik, elm və təhsil, kino və sənətin digər növləri barədə dişə vurulası bir veriliş belə yoxdur: "Bu ambisiyalı və inkarçı adamlardan bundan sonra da belə verilişləri gözləməyə dəyməz. Çünki təfəkkür anidən dəyişən kateqoriya deyil. Vaqif Mustafayev nümunəsini götürək. Televiziya hər gün bataqlığa qərq olurdu. Mustafayev getdi, lakin televiziyanı bataqlıqdan çıxarmağın yolları axtarılır. “Lider” də belədir. Baxıram ki, “Xəzər” də Bəşir Səfəroğlu demişkən, yavaş-yavaş bataqlığa yaxınlaşır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR