
Azadmedia.az xəbər verir ki, Ermənistan Sünikdəki (Zəngəzur) vəziyyətlə bağlı KTMT-yə rəsmi müraciət ünvanlayıb.
Belə ki, bunu Ermənistan baş nazirinin müavini vəzifələrini icra edən Tiqran Avinyan deyib.
“Rəsmi olaraq KTMT-yə müraciət ünvanlanıb və baxılması üçün üç günlük müddəti var”, - Avinyan bildirib.
Qeyd edək ki, bu gün KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov RİA-ya açıqlamasında məsələ ilə bağlı Ermənistan tərəfindən KTMT-yə heç bir rəsmi sənədin daxil olmadığını bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.