Fələstin və İsraildə davam edən qarşıdurmadan narahatıq.
Azadmedia.az xəbər verir ki, bunu BMT-nin Humanitar Yardım üzrə Koordinasiya Ofisinin sözçüsü Yens Laerke deyib.
“Hər iki tərəfdən də xəsarət alanların sayı durmadan artır. Bu qarşıdurmadan ən çox mülki əhali əziyyət çəkir. Təxminən 2 milyon mülki əhalinin yaşadığı Qəzza zolağına edilən hücumlar təmiz su ehtiyatına və COVİD-19-la mübarizə tədbirlərinə ağır zərbə vurur. Bundan başqa, Qəzzada 200-dən artıq ev dağılıb və ya ciddi ziyan görüb”, - BMT rəsmisi bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.