AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivlər.

  • + A
  • - A
  • 25-05-2021, 15:05

    Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivlər.

    Yaxın keçmişdə Cənubi Qafqaz regionunda kəskin dəyişikliklərin baş verməsi səbəbi ilə Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdən birinə çevrilmişdir. Əlbəttə ki, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Şübhəsiz ki, regionun inteqrasiyası ölkələrin inkişafına xidmət edəcəkdir. 44 günlük müharibədən yeni çıxmasına baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa tam hazırdır.
    Ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərdə çıxış edir.

    Son bir neçə ildə uğurla reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsini buna nümunə göstərə bilərik. Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji əhəmiyyət daşıyır.

    Cənub Qaz Dəhlizi layihəsinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin tamamlanması Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verir.

    Azərbaycanın tarixi İpək Yolu üzərində yerləşdiyinə görə müasir infrastrukturun yaradılması dövlətin əsas hədəflərindən biridir. Bu baxımdan Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ölkələr və regionlararasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək, sabitlik və təhlükəsizliyin bərqərar olması istiqamətində atılmış növbəti mühüm addımlar siyahısındadır.
    Bazar münasibətlərinin inkişafına və iqtisadi tərəqqiyə təkan verən mühüm amillərdən biri də Azərbaycanın qısa müddət ərzində beynəlxalq kapital hərəkatında fəal iştirak etməyə başlamasıdır. Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.
    Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan TANAP və TAP layihələri, həmçinin “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması ölkə iqtisadiyyatının inkişafında səmərəli olmaqla əhalinin sosial rifahının və ölkəmizin sosial-iqtisadi inkişafının daha da yaxşılaşmasında müstəsna əhəmiyyət kəsb edir. Bunlardan başqa, ABŞ, Rusiya, Israil ilə də əməkdaşlıq çərçivəsində bir çox layihələrin həyata keçirilməsi davam edir.
    Vətən müharibəsində əldə edilmiş qələbə Ermənistan zorakılıq və işğalçılıq siyasətinə son qoymaqla yanaşı, regionda və dünyada yeni əməkdaşlıq imkanları yaratdı. Şübhəsiz ki, yaranmış olan yeni reallıq beynəlxalq siyasi münasibətlər zəminində yeni əlaqələrin yaranmasını şərtləndirir. Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi altında bu istiqamətdə addımlar atıb və bunu Ermənistana, həm də beynəlxalq təşkilatlara, xarici ölkələrə bildirib.
    Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri “ adlı tədbirindəki çıxışı ilə bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycan hər zaman əməkdaşlığa hazırdır.

    Ismayıllı Peşə Tədris Mərkəzinin Tİİ üzrə direktor müavini
    Rəşid Mirzəliyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR