AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baydenin hakimiyyətə gəlişi ilə Rusiya və AB arasındakı canlanma dövrü sona çatır - Politoloq Ülkər Piriyeva

  • + A
  • - A
  • 26-05-2021, 09:15

    Baydenin hakimiyyətə gəlişi ilə Rusiya və AB arasındakı canlanma dövrü sona çatır - Politoloq Ülkər Piriyeva

    Politoloq Ülkər Piriyeva - "Baydenin hakimiyyətə gəlişi ilə Rusiya və AB arasındakı canlanma dövrü sona çatır", deyəAzadmedia.az-a açıqlama verib.

    ABŞ prezidenti Co Baydenin son illərdə Rusiyaya tətbiq olunan iqtisadi və diplomatik sanksiyaları genişləndirməsi və Kremlin buna cavabı münasibətləri soyuq müharibə səviyyəsinə qədər pisləşdirdi.
    Bəs bu mübarizənin məğlubu kimdir?
    Suriya, Liviya, Gürcüstan, Ukrayna, Ermənistan ... Bu siyahını uzatmaq mümkündür. Diqqət etsək, Rusiya və ABŞ bir çox bölgədə hökmranlıq uğrunda mübarizə aparsalar da, ancaq heç biri də öz aralarında üçüncü bir ölkə uğrunda mübarizə aparmırlar.
    Müşahidələr göstərir ki, məsələ daha da gərginləşdiyində, ikisindən biri geri addım atır. Son aylarda Ukrayna, Ermənistan və Belarusiyada baş verənlər bunu bir daha açıq şəkildə ortaya qoydu. Beləliklə, bu respublikaların bir daha itirməmək üçün öz siyasətlərini nəzərdən keçirmələrinin vaxtı gəldi.
    Üstəlik, düşünülənlərin əksinə olaraq, Qərb Rusiyanı tamamilə zəiflətmək və ya parçalamaq istəmir. Çünki Rusiya, Türkiyə kimi Avropanın hərbi və enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkədir. Digər tərəfdən, Rusiya, xüsusən Orta Asiya və Qafqazda Çini cilovlayan bir ölkə kimi qəbul edilir. Rusiya isə öz növbəsində, xarici siyasəti və qonşuları ilə inteqrasiyanı düşünən təşkilatlar sayəsində kiçik miqyasda olsa da SSRİ-ni canlandırmaq arzusundadır. Bu xəyalların toqquşması bu bütün mübarizənin təməlidir.
    Qərb isə, parçalanmış bir Rusiya olmaqdansa, 1990-cı illərdəki kimi öz qabığına çəkilmiş, qırmızı xətti sərhədinə çəkən və ABŞ-a Yaxın Şərqdə və digər bölgələrdə çətinlik yaratmayan bir ölkə kimi xəyal edir.
    Bugünlərdə Baydenin Rusiya siyasətinin iki xüsusiyyəti göz qabağındadır: Eyni müddətdə ABŞ rəhbərliyi bir tərəfdən Rusiyaya qarşı sanksiyaları artıracağını və digər tərəfdən də öz maraqları naminə Rusiya ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bəyan etdi.
    Baydenin yeni Rusiya siyasətinin ikinci xüsusiyyəti AB ölkələrini Rusiya ilə münasibətlərdə onunla birlikdə davranmağa məcbur etməsidir. Trump dövründə ABŞ-AB həmrəyliyi zəiflədi, AB Rusiya ilə təmaslarını artırdı, xüsusən diplomatiya sahəsində. Ancaq Baydenin hakimiyyətə gəlişi ilə Rusiya ilə AB arasındakı isinmə dövrü sona çatdı.

    Politoloq Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR