AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çernobıl faciəsinə görə əlilliyin müəyyən edilməsi kriteriyaları dəyişdirilir

  • + A
  • - A
  • 1-06-2021, 12:23


    “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanunda əlilliyin müəyyən edilməsi qaydalarına dəyişiklik təklif olunur.

    AzadMedia.Az-ın məlumatına görə, layihəyə əsasən, “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilir.

    “II dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri isə “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəzlənir.

    “III dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəzlənməsi təklif olunur.

    Layihə parlamentin növbədənkənar sessiyalarında müzakirəyə çıxarılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR