Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraklı Qaribaşvili arasında görüş keçirilib.
“Haber Global”ın məlumatına görə, görüşsonrası mətbuat konfransında Türkiyə dövlət başçısı ikitərəfli münasibətlərlə yanaşı, regional əməkdaşlıq perspektivləri barədə də danışıb.
R.T.Ərdoğan Türkiyə olaraq Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını dəstəklədiklərini bildirib.
“Azərbaycanla üçtərəfli əməkdaşlığımız bu baxımdan çox önəmlidir. Bununla bərabər, Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi ilə yanaşı, Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını da Türkiyə olaraq dəstəkləyirik. Bu il ərzində yüksək səviyyəli strateji toplantımızı xarici işlər nazirləri səviyyəsində keçirməyə qərarlıyıq. Mövcud mexanizmləri qərarlı və ideal bir şəkildə ortaya qoyaraq, addımlarımızı atacağıq”, - deyə Ərdoğan qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.