Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir arasında görüş keçirilib.
AzadMedia.Az xəbər verir ki, görüşdə AFFA və TFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.
R.Abdullayev AVRO-2020 çərçivəsində keçirəcəyi oyunlarda Türkiyə milli komandasına uğurlar arzulayıb. Nihat Özdəmir xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.
Qeyd edək ki, görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, TFF-nin baş katibi Kadir Kardaş və digər rəsmi şəxslər iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.