AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AFFA-nın icraçı vitse-prezidenti - “Azərbaycanlı azarkeşlər Türkiyəyə böyük dəstək verəcək”

  • + A
  • - A
  • 16-06-2021, 15:47


    “Bizim Türkiyə ilə köklərimiz birdir. Demək olar ki, dilimiz eynidir. Bu səbəbdən bir-birimizi başa düşürük. Bu da böyük üstünlükdür”.

    AzadMedia.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avro-2020-nin A qrupunda bu gün Bakıda keçiriləcək Uels - Türkiyə oyunu barədə danışarkən deyib.

    O, Fransanın AFP agentliyinə açıqlamasında Azərbaycan və Türkiyənin qardaş ölkə olmasını xatırladıb: “Bugünkü matçda azərbaycanlı azarkeşlər Türkiyəyə böyük dəstək verəcək. Türkiyəli fanatlar üçün Bakıya səyahət etmək asandır, çünki birbaşa uçuşlar var. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın zəfərini qeyd etmək üçün burada olması iki ölkə arasındakı güclü əlaqələri göstərir. Bu, iki ölkə arasında qardaşlığın daha bir sübutudur. AFFA və Türkiyə Futbol Federasiyası Avro-2020-nin püşkatması zamanı da Türkiyə yığmasının oyunlarının Bakıya düşməsinə çox sevinib”.

    Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə matçı saat 20:00-da başlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR