Futbol üzrə Çili milli komandasının futbolçuları cəzalandırılıblar.
Azadmedia.az xəbər verir ki, hazırda Amerika kuboku üçün Braziliyada məskunlaşan milli üzvləri koronavirusla bağlı qaydaları pozublar.
Bu barədə Çili Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Federasiyadan edilən açıqlamada, otelə gizlicə bərbər gətirən yığma üzvlərinin pul cəzasına məruz qalacaqları bildirilib.
İspaniyanın “Marca” nəşrinin iddiasına görə, çilili bir neçə futbolçu qaldıqları otelə seks işçiləri dəvət edib və ziyafət veriblər. Çili yığmasının bu səbəbdən iyunun 19 və 20-də məşq keçirmədiyi bildirilib.
Çili yığması Amerika kubokunun qrup mərhələsinin 3-cü turunda sabah Uruqvayla qarşılaşacaq. Oyun saat 01:00-da başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.