Azadmedia.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya" klubunda növbəti qolunu vurub.
Belə ki, o, buna Rusiyanın "Krasnodar" klubu ilə keçirilən yoxlama matçında nail olub.
24 yaşlı hücumçu qarşılaşmanın 39-cu dəqiqəsində fərqlənib.
Qeyd edək ki, Mahir daha əvvəl "Bişofshofen"lə yoxlama oyununda het-trikə imza atmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.