Pik vaxtda yolun təmiri tıxaca səbəb olub
Axşam saatlarında Bakıda 8 Noyabr prospektində, Nargilə adlanan ərazidə tıxac yaranıb.
Azadmedia.az xəbər verir ki, tıxaca yolda görülən təmir işləri səbəb olub.
Nəqliyyat vasitələrinin hərəkətinin pik vaxtında təmir işlərinin aparılması sürücülər tərəfindən narazılıqla qarşılanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sözügedən ərazidə su qəzası olub. Bu səbəbdən də asfalt örtüyü bərpa olunub. Qurum rəsmisinin sözlərinə görə, qəza olduğu üçün asfalt örtüyünün bərpasını gecəyə saxlamaq olmaz. Bərpa işləri artıq başa çatıb.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR