AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəritələrin əldə edilməsi insan itkisinin qarşısının alınmasında mühüm rol oynayır - Deputat

  • + A
  • - A
  • 4-07-2021, 12:18


    Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Bu sözləri Azadmedia az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov xəritələrin alınmasına şərh verərkən bildirib. Deputat qeyd edib ki, ermənilər müxtəlif bəhanələr gətirərək həmin xəritələri bir müddətdir Azərbaycana verməkdən imtina edir, daha çox Azərbaycanlının bu minalar nəticəsində həyatlarını itirmələrinə nail olmağa çalışırdılar. Ancaq onların bu arzusu Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, diplomatik səylər nəticəsində iflasa uğradı: "Azərbaycan zamanla qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq. Baş verən son hadisələr bu fikri bir daha təsdiq edir.
    Xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə aparılmasına şərait yaradacaq. Artıq bölgədə ciddi quruculuq işlərinə başlanılıb. Qısa müddətdə bu ərazilərdə həyat öz axarına qayıdacaq".
    C.Məmmədov xəritələrin alınmasında digər amillərin də Azərbaycanın xeyrinə olmasını vurğuladı: "Eyni zamanda, minaların xəritəsinin Azərbaycana verilməsi onların aşkarlanması üçün sərf olunan xərclərin azaldılmasına gətirib çıxaracaq. Burada ən vacib məsələlərdən biri də xəritələrin əldə edilməsinin insan itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynamasıdır. Son bir neçə ayda 100-dən çox Azərbaycan vətəndaşı bu minaların qurbanına çevrilib. Çoxlu sayda insan dünyasını dəyişib.
    Ermənistan bir müddət bundan əvvəl 15 əsir qarşılığında Ağdamın xəritəsini Azərbaycana vermişdi. Füzuli və Zəngilanda 92 min mina xəritələrinin əldə olunması həmin uğurun davamı hesab olunmalıdır".
    Sonda Ceyhun Məmmədov Füzulidə aparılan yenidənqurma işlərindən söz açaraq hazırda Ağdamdan sonra ən böyük infrastruktur layihələrin Füzuli rayonunda həyata keçiriildiyini, orda yeni hava limanı, dəmir yol xətləri və avtomobil yolları inşa olunmasını qeyd edərək, bu baxımdan Füzulinin xüsusi strateji əhəmiyyət kəsb etməsini, xəritələrin əldə olunmasının bu layihələrin daha tez zamanda icra olunmasına öz ciddi töhfəsini verəcəyini qeyd etdi.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR