AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident Administrasiyasının rəhbəri Oliver Varhelyi ilə görüşdü

  • + A
  • - A
  • 8-07-2021, 14:47

    Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev iyulun 8-də ölkəmizdə səfərdə olan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.
    Prezident Administrasiyasının rəhbəri Oliver Varhelyi ilə görüşdü
    Azadmedia.az xəbər verir ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib.

    Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat, yaşıl enerji, rəqəmsal texnologiyalar, elm, təhsil və digər sahələr üzrə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İşğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, bərpa və yenidənqurma işlərində Avropa İttifaqının Azərbaycanı dəstəkləməyə hazır olduğu vurğulanıb.

    Görüşdə TAP layihəsinin əhəmiyyəti qeyd olunaraq, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rol oynadığı bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR