AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Toya hazırlaşan sürücü "avtoş" kimi saxlanıldı - VİDEO

  • + A
  • - A
  • 8-07-2021, 23:19


    Bakıda "BMW" ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, paytaxtın Rəşid Behbudov küçəsiylə Bakıxanov prospektinin kəsişməsində avtoxuliqanlıq edən 90-SX-113 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə törətdiyi xətaya görə saxlanılan sürücü Cəbrayılov Rüfət Habil oğlu barəsində protokol tərtib edilərək iş üzrə toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib.
    Keçirilən məhkəmə zamanı sürücü etdiyi əməli səmimi etiraf edib və bu gün bacısının toy məclisinin olduğunu hakimin nəzərinə çatdıraraq bəraət verilməsini istəyib.
    Hakim humanistlik göstərərək sürücü barəsində maddi cərimə tətbiq edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR