AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkidə şəhid ailələrinin I maarifləndirici-tur aksiyası keçirildi — FOTOLAR

  • + A
  • - A
  • 26-07-2021, 14:13


    Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı, "Karvansaray" hotel, Benilüks Azərbaycanlıları Konqresi, “Shams Group” Azərbaycan, “Bakıtorpaq” Layihə Smeta Bürosu və “Konar” İnşaat Şirkətinin dəstəyi ilə Şəkidə şəhid ailələrinin I maarifləndirici-tur aksiyası keçirildi. 

    Azadmedia.az xəbər verir ki, aksiyada şəhid ailələri başda olmaqla Şəki şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət xidmətinin nümayəndələri, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvləri çıxış etdilər. 

    Çıxış edənlər dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açdılar. Natiqlər vurğuladılar ki, şəhid ailələrinə diqqət yönümündə bu sayaq mənəvi dəstək ruhlu maarifləndirici-tur aksiyaların keçirilməsi olduqca vacibdir. 

    Aksiya ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Layihələr üzrə koordinatoru Məhəmməd Məmmədov mətbuata açıqlamasında qeyd etdi ki, şəhid ailələrinə diqqət və qayğı yönündə bu cür maarifləndirici -tur aksiyasını həyata keçirməkdə əsas məqsəd - 30 il həsrətini çəkdiyimiz tarixi, əbədi, əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğurunda gedən döyüşlərdə qəhrəmancasına savaşaraq, müqəddəs şəhidlik şəhadətinə qovuşmuş şəhid və şəhidlərimizin ailələrinə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət tərəfindən görülən uğurlu işlərə ictimai təkan və mənəvi dəstək verməkdir.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR