Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 26 İyun Silahlı Qüvvələr günü münasibəti ilə 100 nəfər Vətən Müharibəsi qazisi və onların övladlarının tibbi aksiyası həyata keçirildi.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirdi ki, 23, 24, 25 iyun tarixlərində 3 gün davam edəcək. Tibbi aksiya zamanı Qazilərimizə və onların övladları üçün bütün tibbi müayinələr, həkim qəbulu, labarator analizləri və digər tibbi xidmətlər pulsuz təşkil edilib.
İctimai birlik tərəfindən Şəhid ailələri və Qazilərə ictimai, siyasi, sosial dəstək yönümlü layihələrimiz gələcəkdə də uğurla davam etdiriləcək.
Birliyin İcraçı direktoru onu da qeyd etdi ki,bu cür tibbi əhəmiyyətli tədbiri təşkil etməkdə əsas məqsəd Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və Qazilərlə bağlı həyata keçirdikləri sosial dəstək proqramına uyğun olaraq, ictimai, siyasi kursu əsas götürərək 44 günlük haqq savaşında torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə fədakarcasına döyüşərək sağlamlığını itirmiş qazilərimizə hər cür diqqət və qayğı ilə yanaşı tibbi cəhətdən də dəstək olmaqdır.
Hörmətlə,
Nicat Abbas,
Mətbuat xidmətinin əməkdaşı
Ünvan: "Vətən Müharibəsi Əlillərinə Kömək" İB
Sabunçu ray., Sülh 2/20
Tel.: (+994 12) 428 64 05
Mob.:(+994 50) 722 11 50
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.