Mükafatlandırma mərasimində dövlət rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərləri, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi ziyarət olunub, önünə əklil və gül dəstələri düzülüb.
FHN Qarabağ Regional Mərkəzində keçirilən mərasimdə çıxış edənlər 44 günlük haqq savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı tarixi zəfərdən, xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyulmasından danışıblar.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirib ki, tədbiri keçirməkdə məqsəd Prezident İlham Əliyevin “dəmir yumruq” ifadəsindən ruhlanaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına mənəvi dəstək olmaq, eyni zamanda, vətəndaş həmrəyliyi nümayiş etdirməkdir. İctimai Birlik tərəfindən Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etmiş digər dövlət və özəl qurumların əməkdaşlarının da mükafatlandırma mərasimlərinin keçirilməsi nəzərdə tutulur.
Rəsmi hissə bitdikdən sonra Ağdam Musiqi Məktəbinin şagirdlərinin maraqlı çıxışı olub. Fövqəladə Hallar Nazirliyinin 120 əməkdaşına fəxri fərman və hədiyyələr təqdim edilib.
Hörmətlə,
Nicat Abbas,
Mətbuat xidmətinin əməkdaşı
Ünvan: "Vətən Müharibəsi Əlillərinə Kömək" İB
Sabunçu ray., Sülh 2/20
Tel.: (+994 12) 428 64 05
Mob.:(+994 50) 722 11 50
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.