AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatın toxunulmazlığına 3 günə xitam verilə bilər

  • + A
  • - A
  • 16-09-2020, 22:32

    Milli Məclisin İntizam Komissiyasının yeni hazırlanmış əsasnaməsində müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri müəyyənləşib.

    Azadmedia.az xəbər verir ki, 7.1.4- cü bəndə əsasən Milli Məclisin sədrinin göndərişi əsasında Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi haqqında Baş Prokurorun təqdimatına ən geci 3 iş günü müddətində baxılacaq.

    Həmçinin Milli Məclis sədrinin göndərişi əsasında Milli Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar məsələyə 2 həftə müddətində baxılacaq. Bundan əlavə, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən əsasa görə deputata töhmət verilməsi barədə Milli Məclisin yaxud onun komitə və komissiyasının iclasına sədrlik edənin təqdimatına 2 həftə ərzində baxılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR