AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ankarada “Hərbi jurnalistika” təlimi başladı

  • + A
  • - A
  • 9-08-2021, 10:10


    Bu gün Türkiyənin paytaxtı Ankarada “Hərbi jurnalistika” təlim proqramına start verilib.

    Azərbaycanın Medianın İnkişaf Agentliyinin (MEDİA), "Anadolu" Agentliyinin, Türkiyə Polis Akademiyasının və Türk Əməkdaşlıq, Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə keçirilən təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb.

    Avqustun 20-dək davam edəcək təlimlərdə iştirakçılara jurnalistika, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda məlumat veriləcək. Təxminən 60 faizi praktiki hissədən ibarət olacaq dərslərdə jurnalistlərə böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəyi çətinliklər və təhdidlərin dəf olunması mövzularında da təlimlər keçiriləcək. Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərdə iştirak edəcəklər.

    Təlim proqramını uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan "Hərbi jurnalistika sertifikatı" ilə təltif olunacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR