Xankəndidə sudan istifadə qadağan edildi
Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhərinin “bələdiyyə sədri” adına iddia edən separatçısı David Sərkisyan şəhərdə fəaliyyət göstərən bütün avtomobilyuma məntəqələrində və istirahət yerlərində sudan istifadənin dayandırılması haqqında qərar qəbul edib.
Azadmedia.az xəbər verir ki, bu barədə “qurum”un rəsmi Feysbuk səhifəsində məlumat yerləşdirilib.
Xatırladaq ki, bir neçə gündür Xankəndidə su qıtlığı yaşanır.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR