...göylər nə gündədi, Allah;
uçuşan quşları hanı?
...yüz ildi dava da yoxdu;
dağın qardaşları hanı?
indi kimin dərdi yoxdu?
...dərdsiz kimi gördün?..yoxdu!
...oğulların yurdu yoxdu;
qılıncda başları hanı?
...gedənlər harda batdılar?
Başını daşnan qatdılar?..
...daşları hara atdılar?
Bu yerin daşları hanı?
...dəmir də döyülür...özü də necə!
Döyülür bir kimsə demir- döyülməz.
Elə döydürürsən özünü ,qardaş!
Ömür dəmir deyil -ömür döyülməz...
...dərd nədir, bu ömür deyilən bilir!
...ağrımaq nə şeydi -döyülən bilir!
...iki dalaşanın döyülər biri;
qardaş, döyülürsən elə həmişə.
...cavanlıq vaxtına getməsin ağlın;
hələ canındadı dünənki ağrın!
..necə dalaşmaqdı əl-qolu bağlı?
Əl-qolu bağlısan sən axı, qardaş!
Paşa Talıblı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.