AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşa Talıblı: "Bu sevdada ah var, ah..."

  • + A
  • - A
  • 30-01-2021, 22:13


    ***
    Təzə libasın da mübarək, dağlar!
    ...oyunçu gözüylə oyuna baxmaq!
    Ayıbsız gözəlsən...savabdı bir az,
    bir az ibadətdi boyuna baxmaq.

    ...elə bulud-bulud bulanır üstün!
    Dünyadan nə gördük, nə görək, dağlar?
    ...yenə təkrar-təkrar müxtəsər dillə:
    təzə libasın da mübarək, dağlar!

    ...qarın oynadımı dağılar qubar;
    qubarın çoxu yox, azı yoxdu, yox!
    ...eləmi qarıdı dağların varı?
    Eh, qarı yoxdusa, yazı yoxdu, yox!

    ...qarına qurd düşsün görüm, a dağlar!
    Yadıma boz ayın qabağı düşür...
    ...bir cür ibadətdi boyuna baxmaq—
    başından adamın papağı düşür.

    ***
    (Emil Rasimoğlunun "Ömür bir qərib yoldu" misrasına....)

    Eşq ilə görmək üçün
    yarı...yola çıxıram.
    ...yarı canda qalıram,
    yarı yola çıxıram.

    ...hərə bir şəkil, şəkil
    dururuq dünya çəkir.
    ...qaranlıq, çəkil, çəkil,
    yarıl...yola çıxıram.

    Bu sevdada ah var, ah...
    ...La-ilaha-illalah!
    Quluna yar ol, Allah,
    yar ol...yola çıxıram!

    Paşa Talıblı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR