AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kəlbəcərdə qəzaya uğrayan şəxslərin kimliyi bəlli oldu (YENİLƏNİB)

  • + A
  • - A
  • 15-08-2021, 10:00

    Kəlbəcərdə qəzaya uğrayan şəxslərin kimliyi bəlli oldu (YENİLƏNİB)

    Kəlbəcərdə baş verən yol-nəqliyyat hadisəsi zaman xəsarət alan şəxslərin kimliyi bəlli olub.

    AzadMedia.az-ın məlumatına görə, hadisə zamanı avtomobildə olan 5 nəfərdən 3-ü, Məmmədov Natiq (2002-ci il təvəllüdlü), Əmraslanov Hüseyn (1999-cu il) və Hüseynov Niyaməddin ( 1997-ci il) xəsarət alıblar.

    Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar. Onların hər üçünün vəziyyətinin normal olduğu bildirilir.

    *** 23:24

    Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

    AzadMedia.az xəbər verir ki, rayonun ərazisində hərəkətə olan "VAZ-21021” markalı minik avtomobili idarəetməni itirib.

    Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

    İlkin məlumata görə, qəzaya düşənlər Kəlbəcərdə ermənilər tərəfindən dağıdılmış ərazidə işləməyə gedirlərmiş.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR