Bakı-Qazax avtomobil yolunda mikroavtobusun qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb.
Report” xəbər verir ki, Qazax istiqamətində gedən “Ford” markalı mikroavtobusun “Opel”ə çırpılıb.
Qəza nəticəsində Bakı şəhər sakinləri – 1973-cü il təvəllüdlü Afaq Dadaşova, 1979-cu il təvəllüdlü Yüsif Əliyev, Tovuz rayon sakinləri – 1975-ci il təvəllüdlü Qələndər Niyazov və Səbinə Mayılova müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.
Onların vəziyyətinin qənaətbəxş və kafi olduğu bildirilir.
Daha bir yüngül xəsarət alan sərnişin, Səkinə Qurbanovaya isə hadisə yerində ambulator yardım göstərilib.
Qəza zamanı xəsarət alanlar mikroavtobusun sərnişinləridir, “Opel” markalı avtomobildə isə xəsarət alan olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.