AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT-nin qətnamələrini heçə sayan Ermənistan daha çox asılı olduğu Rusiyanın tələblərini yerinə yetirməyə bilməz... Əks təqdirdə, yenidən Azərbaycanın “dəmir yumruğu” ilə meydanda tək qala bilər

  • + A
  • - A
  • 15-08-2021, 19:55


    Əliabbas Salahzadə,
    Millət Vəkili


    Ermənistanın son vaxtlar cəbhədə törətdiyi təxribatlar, mövqelərimizin atəşə tutulması, sülh prosesinə qarşı ciddi təhdidlər yaratmaqla hərbi qulluqçularımızla yanaşı, sərhədyanı ərazilərdə yaşayan mülki şəxslərin də həyat və sağlamlığını təhlükə altında qoyması, Üçtərəfli bəyanatın əsas müddəalarını cəfəng şəkildə şərh etmək cəhdləri, erməni tərəfinin bu ölkə tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan sənədin mahiyyətini tam dərk etmədiyi və ya əvvəldən onun tələblərinə tam riayət etmək niyyətində olmadığını göstərir. Belə bir davranış bu ölkənin destruktiv mövqeyinin növbəti bariz nümunəsidir.
    Söz yox ki, Azərbaycan silahlı qüvvələri həmin təxribatların qarşısını sərt şəkildə alır, düşmən daha şiddətli cavab atəşləri ilə susdurulur. Bu günlərdə Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələri nümayəndələrinin iştirakı ilə “Üç Qardaş - 2021” birgə təliminin yekun planlaşdırılması konfransı keçirilməsi də tərəfimizdən düşmənə ciddi mesajdır.
    Ermənistanın KTMT üzrə hərbi müttəfiqi olan Rusiyanın Vətən müharibəsi zamanı sona qədər neytrallığını saxlamasını şərh edən siyasilərin bir çoxu belə bir fikir yürüdürlər ki, Rusiyanın məqsədi onun təsir dairəsindən çıxıb Qərbə üz tutan Paşinyan hakimiyyətinə “qulaqburması” vermək olub. Məsələ burasındadır ki, hətta bu prizmadan yanaşanda da gələcəyə nikbin nəzərlərlə baxmağa əsaslar tapırıq. Görünən odur ki, Paşinyan hakimiyyətdə qalsa da, Rusiya Cənubi Qafqaza Qərbi buraxmamamq üçün qarşısına qoyduğu məqsədə nail olub. Şimal qonşumuz öz sülhməranmlı sifətini saxlamaq üçün Üçtərəfli bəyanatla üzərinə düşən öhdəliklərə əməl etməsi həm də Kreml üçün nüfuz məsələsidir. Həmin şərtlərdən əhəmiyyətli biri də Zəngəzur dəhlizidir. Ermənistanın özündə də bu dəhlizin açılmasının mütləq təmin olunacağını başa düşənlər çoxdur. Bu günlərdə Ermənistanın ərazinin inkişafı və infrastruktur naziri Qnel Sanosyan Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb. Nazir dəmiryolu xəttinn açılışı ilə yanaşı, infrastrukturun tikintisindən də bəhs edib. O, xəttin keçmiş SSRİ zamanındakı xətt istiqamətində Azərbaycanın Naxçıvan və Ermənistanın Mehri bölgəsindən keçəcəyini vurğulayıb və deyib ki, Naxçıvana gedən dəmiryolu xəttinin açılışından yalnız Ermənistan deyil, bütün qonşu dövlətlər faydalanacaq.
    Razılaşın, nazir səviyyəsində bu sözlərin deyilməsi Üçtərəfli bəyanatın Ermənistan üçün də prinsip məsələsi olan Zəngəzur dəhlizi şərtinin yerinə yetirilməsin labüd olduğunun bu ölkə rəhbərliyi tərəfindən anlaşıldığının göstəricisidir. Bir də, BMT-nin qətnamələrini saya almayan Ermənistan təkcə hərbi deyil, həm də iqtisadi cəhətdən daha çox asılı olduğu Rusiyanın tələblərinə boyun əyməyə məhkumdur. Əks təqdirdə Rusiya onu yenə Azərbaycanın “dəmir yumruğu” ilə meydanda təkbətək buraxacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR