AzadMedia-ın məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında, "Türkiyə Azərbaycanın Gəncə şəhərinin atəşə tutulmasını pisləyir".
Bildirilir ki, Dağlıq Qarabağ münaqişə zonasından 100 kilometr məsafədə yerləşən Gəncənin atəşə tutulması Ermənistanın döyüş əməliyyatlarının miqyasını genişləndirməyi hədəflədiyini göstərir:
"Gəncənin atəşə tutulması bir daha sübut edir ki, Ermənistan sülh istəmir və atəşkəsin nə olduğu barədə anlayışı yoxdur. Bu fakt Ermənistanın işğalçı siyasətinin bariz nümunəsidir".
Nazirlik vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın əməllərini dərhal dayandırmalıdır:
"Türkiyə bir daha Azərbaycana dəstəyini bəyan edir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.