ABŞ 20 ildir ki, Əfqanistanda yürütdüyü nəzarətsiz xaos siyasəti ilə nəyi hədəfləyirdi?
Bu barədə Azadmedia.az-a Politoloq Ülkər Piriyeva açıqlama verib.
Dünya terror təşkilatı olaraq tanınan Taliban aktyor olaraq qarşımızda dayanır. Bugünki durum bunun üzərində beynəlxalq tanınma və legitimlik məsələsi də müzakirə olunacağını göstərir. Gələcəkdə Əfqanistanda orada qeyri-sabitlik yaranacaq kimi görünür. ABŞ-ın geri çəkilməsi həm də oradakı nəzarətsiz xaosun davam etdirilməsi strategiyası deməkdir.
Bölgədə belə bir ssenarini və nələr ola biləcəyini dəyərələndirə bilərik.
Belə bir vəziyyət də var, ilk növbədə, iyerarxiyaya və ləyaqətə əsaslanan sistem qurulmadığı üçün ordu tez bir zamanda dağıldı. Qəbilə və ya tayfa mədəniyyətindən uzaqlaşdırılmağa çalışan və ləyaqətinə görə qurula bilməyən nizamsız bir ordu var. ABŞ 88 milyard dollar xərclədi, bəzi mənbələr bunun 2 trilyon dollar olduğunu qeyd edir - ancaq ordu şəkər tozu kimi 72 saat ərzində əriyib dağıldı. Bu o deməkdir ki, ABŞ 20 ildir ki, onlara ordu ola bilmənin sirlərini öyrədə bilmədi.
Beləliklə, sadəcə silah və pul gücünə ordu yaratmanın mümkün olmadığı özünü bir daha təsdiqlədi.
Ancaq bir reallıq da var bu dünyada. Tarixi mənşəyi ilə yoğrulmuş cəmiyyətlərdən bir ordu yarana bilər..
Milliləşdirilmiş cəmiyyətlər ordu qura bilər. Burada, Əfqanıstan ordusunun dağıldığını açıq-aydın görürük, çünki əmr, iyerarxiya və ləyaqətə əsaslanan bir sistem qurula bilmədi.
1839 -cu ildə İngilis işğalından bəri Əfqanıstan xalqının taleyi təəssüf ki, müharibə və göz yaşları ilə dolu oldu.
İngilislərin iki əsrdir burada böyük təsiri var və eyni şəkildə, son 20 ildə ABŞ burada böyük bir qeyri-sabitlik yaradaraq bölgəni tərk etdi.
Türkiyənin Kabul hava limanına iddia etdiyi müddətdə nələr olacaq? Türkiyə yeni bir qərar verəcəkmi? Bunu yeni prosesdə görəcəyik.
ABŞ geridə nəzarətsiz bir xaos mühitini buraxdı.
ABŞ 20 ildir ki, burada xaos siyasəti yürüdürdü. Bəs, ABŞ bu nəzarətsiz xaosla burda nəyi hədəfləyir?
- Çinin hər tərəfli Qərbə çatmaq istəyini kəsmək istəyən bir ABŞ var.
- Eyni şəkildə, Rusiyanın cənubunda iğtişaşlar yaradaraq Rusiyanın cənubunu təhdid edən bir ABŞ da var.
Sözsüz ki, ABŞ yaratdığı belə bir mühitdə 20 il ərzində öz məqsədini həyata keçirdi. Bundan sonra, görünən mənzərə odur ki, bölgədə daxili qarşıdurma və xaos daha 15-20 il ərzində davam edəcək.
ABŞ bölgəni tərk edir, ancaq ayrılarkən yeraltı ünsürləri, kəşfiyyat ünsürlərini və xüsusi təyinatlı ünsürləri burada qoyaraq ayrılır, təəssüf ki.
Birləşmiş Ştatlar əslində, 18-20 minə yaxın belə ünsürü Taliban ilə digər ünsürləri tətikləyəcək fəaliyyətləri təşkil etmək gücünə malikdir.
Təəssüf ki, burada qeyri-sabitlik və xaos davam edəcək.
ABŞ qeyd olunan bu infrastrukturu hazırlamaq üçün Əfqanıstanı tərk etdi.
Taliban indi müvəqqəti bir hökumət quracaq, sonra bəlkə də bütün Əfqanları əhatə edəcək olan orta bir yol axtarılacaq, amma həqiqət budur ki, Talibanın güclü olacağı bir idarəetmə qarşımıza çıxacaq.
Talibanın bu təsirini dağıtmaq istəyən ABŞ olacaq. Bəlkə də fərqli ittifaqların qurulmasını istəyən bir ABŞ olacaq - Bəs bütün bunlar necə baş verəcək? – Belə ki, orada buraxdığı ünsürlərlə bunu həyata keçirməyə çalışacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.