AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Son günlərin ən çox müzakirə edilən mövzusuna HƏKİM BAXIŞI - Siqaret və içki virusdan qoruyur?

  • + A
  • - A
  • 25-08-2021, 08:46


    Koronavirusun daha geniş yayıldığı indiki dövrdə siqaret və spirtli içki qəbul edən şəxslərə virusun təsirli olmadığına dair iddialar da yayılır.

    Sosial şəbəkələrdə bu barədə müxtəlif fikirlər irəli sürülür. Hətta bəziləri daha da irəli gedərək, siqaret çəkən və spirtli içki qəbul edən şəxslərin virusa ümumiyyətlə, yoluxmadığını bildirirlər. O da sirr deyil ki, virusun yeni yayıldığı ilk dönəmlərdə koronavirusdan sağalmaq üçün İranda və digər ölkələrdə, eləcə də Azərbaycanda insanların daxilə etil spirti qəbul etməsi halları da vardı. İndi də tərkibində spirt olan içkilər qəbul etməklə virusdan qorunacağını düşünənlər var.

    Məsələn, “Araq içmək boğaz yollarını dezinfeksiya edir, virusu öldürür”, “Nikotin virusun ciyərə düşməsinin qarşısını alır” kimi fikirlərə tez-tez rast gəlirik.

    Bu düşüncələrin elmi-tibbi əsası varmı? Bununla bağlı Cebhe.info-ya infeksionist Azər Nağıyev danışıb. O, yayılan məlumatları həqiqətəuyğun olmayan fikirlər adlandırıb:

    “Bu, heç bir əsası olmayan fikirdir. Spirtli içki, siqaret heç bir xəstəliyin profilaktikası deyil. Bu, heç vaxt belə olmayıb, olmayacaq da. Belə düşüncə ayrı- ayrı insanların fikri ola bilər. Tərkibində spirt olan dezinfeksiya maddəsi ayrıdır. Yəni belə məhsullaırn təyinatı ayrı olur. Spirtli içkilər isə təmamən başqadır. Mən bu fikri dəstəkləmirəm”.

    Mövzuya ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov münasibət bildirib. O, siqaret çəkmənin virusla mübarizədə heç bir müsbət nəticəsinin olmadığını qeyd edib:

    “Birmənalı olaraq, tütün bütün orqanizmə, o cümlədən, ağciyərlər və tənəffüs orqanlarına zərərdir. Qeyd edim ki, tütün qəbul edən insanlar ağır keçirirlər.Yəni bunun heç bir təsəlliverici, müsbət tərəfi yoxdur. Tibbi spirtin koronavirus infeksiyasına öldürücü təsiri var. Bir şeyi nəzərdən qaçırmaq olmaz ki, spirt tərkibli içki qəbul edənlər özlərinə təsəlli vermək üçün belə vasitələrin virusa yaxşı təsir edəcəyini düşünürlər, amma, yanılırlar”.

    Rafiq Bayramov bildirib ki, sözügedən infeksiya ağız, yaxud da burun boşluğundan, yəni tənəffüs yollarından ağciyərlərə, spirt isə mədəyə, həmz traktına düşür:

    “Artıq ağciyərlərə daxil olan virusa qarşı qəbul edilən spirtin heç bir xeyri yoxdur, zərəri var. Xüsusən də, çox spirt qəbul edənlərdə immunitetin zəifləməsi baş verir. Bəlkə də virus orqanizmə daxil olsaydı, elə fəsad törətməzdi, amma immunitet düşdüyü halda bu, ağır formada xəstəlik yarada bilər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR