AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FHN Qəbələdəki yanğınla bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

  • + A
  • - A
  • 26-08-2021, 12:45


    Fövqəladə Hallar Nazirliyində (FHN) Qəbələdə baş vermiş yanğınla bağlı məlumat yayıb.

    Məlumatda deyilir:

    "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

    İlkin məlumata əsasən dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır.

    Əlavə məlumat veriləcək".

    ***

    11:31

    Qəbələ rayonunda meşə yanır.

    Yanğın hadisəsi bu gün səhər saatlarından etibarən rayonun Solqıca kəndi ərazisinə aid olan yüksək dağlıq-meşəlik ərazidə baş verib.

    Hazırda yanğın davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR