Koronavirusa qarşı dərman preparatlarının seçiminin düzgün aparılması çox vacibdir.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Xəzər Xəbər"ə açıqlamasında deyib.
O deyib ki, virus xəstəlikləri bədəndən çıxana qədər iki mərhələdən keçir. Viral və immun adlanan bu iki mərhələdə tətbiq olunan dərmanlar tamamilə fərqlidir. Onun sözlərinə görə, bu mərhələlərin xüsusiyyətləri nəzərə alınmadan dərman qəbul etdikdə ağır fəsadlar ola bilər.
Rəşad Mahmudov deyib ki, iki fərqli fazada istifadə olunan dərmanlar bəzən bir-birinə zidd preparatlar ola bilər. "Deksametazon" və "metipred prednol-l" deyilən hormonal dərmanlar və antibiotiklərin viral fazada, yəni ilk 7 gündə istifadəsi qəbuledilməzdir. Belə dərmanların ilkin mərhələdə istifadəsi xəstənin ağırlaşması və reanimasiyaya düşməsi ilə də nəticələnə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: