Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) ölüm xəbəri yayılıb.
İfaçının oğlu Kamil Kərimoğlu “Qafqazinfo”ya açıqlamasında bu məlumatın doğru olmadığını bildirib: "Atamın vəziyyəti orta ağırdır. Dünyasını dəyişdiyi haqda xəbər doğru deyil".
Qeyd edək ki, 57 yaşlı meyxanaçının gecə saatlarında vəfat etməsi barədə məlumat yayılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.