AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirdən yeni tədris ili ilə bağlı ƏMR

  • + A
  • - A
  • 9-09-2021, 17:25


    Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edilib.

    Bununla bağlı təhsil naziri Emin Əmruallayev müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, tədris planı üzrə ibtidai təhsil səviyyəsində dərslər həftədə 3, ümumi orta təhsil səviyyəsində 3-4 gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur. İbtidai və ümumi orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:

    birinci yarımil: 15 sentyabr – 26 yanvar;
    ikinci yarımil: 1 fevral – 14 iyun.

    Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

    payız tətili: 16-20 noyabr (5 gün);
    qış tətili: 27-31 yanvar (5 gün);
    ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).

    Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR