AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP Masallı Rayon Təşkilatı Banbaşı, Böyük Xocavar və Binə Xocavar kəndlərində şəhid ailələrini ziyarət edib

  • + A
  • - A
  • 24-09-2021, 01:30


    YAP Masallı Rayon Təşkilatı şəhid ailələrini ziyarət edib.

    Azadmedia.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının rəhbərliyi, rayon İcra Hakimiyyətinin nümayəndələri və YAP fəalları rayonun Banbaşı, Böyük Xocavar və Binə Xocavar kəndlərindən olan birinci və ikinci Qarabağ döyüşlərində şəhid olmuş Qasımov Cavanşir Beytulla oğlu, Nəzərov Elməddin İsmayıl oğlu, Məlikov Aqil Qismət oğlu, Bayramov Qismət Elyas oğlu, Alışov Nahid Güləli oğlu, Məmmədov Bəyalı İlyas oğlu, Əliyev Məhəmməd İlham oğlu, Nuriyev Bəşir Nuru oğlu, Əzizov Emil Əbil oğlu, Abdullayev Mürvət Əli oğlu, Akifzadə Elmir Gündüz oğlunun ailə üzvlərinə baş çəkib, maddi yardım göstəriblər.

    YAP Masallı Rayon Təşkilatı, rayon İcra Hakimiyyətinin nümayəndələri və YAP fəalları şəhidlərin məzarlarını ziyarət edərək ruhlarına dualar oxuyublar.

    Qeyd edək ki, Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

    Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü üçün canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır!

    Allah bütün şəhidlərimizə rəhmət etsin!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR