AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rafael Cəbrayılovun cinayət işinə xitam veriləcək - Vəkilindən AÇIQLAMA

  • + A
  • - A
  • 30-09-2021, 14:06


    Xəbər verdiyimiz kimi, həbs edilən sabiq deputat Rafael Cəbrayılov "Yeni Klinika"da koronavirus səbəbindən dünyasını dəyişib.

    R.Cəbrayılovun vəkili Tərlan Azayev sabiq deputatın cinayət işinə xitam verilib-verilməyəcəyi ilə bağlı Unikal.org-a açıqlama verib:

    "Təqsirləndirilən şəxs öləndən sonra, yəqin ki, növbəti məhkəmə prosesində onun barəsində açılan cinayət işinə xitam veriləcək".

    Qeyd edək ki, cari ilin aprel ayında iş üzrə toplanmış sübutlar əsasında Rəfael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR